"Şor"un lideri: "Hakimiyyət ölkəni Ukraynadakı kimi döyüş meydanına çevirmək istəyir"

DÜNYA
17:21 / 16.08.2024
256

"Avrointeqrasiya və Rusiya ilə əlaqələrini kəsməyə sadiq olan Moldovanın hazırkı hakimiyyəti Ukrayna ilə artıq olduğu kimi, ölkəni də döyüş meydanına çevirməyə çalışır". 

HİT.az TASS-a istinadən xəbər verir ki, bunu Moldovalı müxalif siyasətçi İlan Şor "Qələbə" müxalifət blokunun Moskvada keçirilən qurultayında deyib.

"Oktyabrın 20-də referenduma gəlib kobudluğa, qanunsuzluğa, kimliyimizi ələ keçirməyə, Moldovanı döyüş meydanına çevirmək cəhdlərinə qəti "yox" deməliyik", deyə siyasətçi bildirib.

Bundan əvvəl Qaqauziyanın keçmiş rəhbəri İrina Vlah demişdi ki, Moldovanın prezidenti və ali baş komandanı Maya Sandu ölkədə niyə 23 yeni hərbi obyektin tikildiyini vətəndaşlara izah etməlidir.

Vlahın sözlərinə görə, Moldovada dəyəri 375 milyon leydən (21 milyon dollardan çox) çox olan 23 hərbi obyektin tikintisi planlaşdırılır. O, aydınlaşdırıb ki, Maya Sandu bu obyektlər haqqında bütün məlumatları açıqlamaq hüququna malik deyil, lakin o, heç olmasa onların tikilmə məqsədi barədə danışa bilər.

Samir


 

0