Borrel Aİ-yə İsrail məmurlarına sanksiyalar tətbiq etməyi təklif etdi

DÜNYA
18:38 / 16.08.2024
239

Avropa diplomatiyasının rəhbəri Cozep Borrell Avropa İttifaqı rəhbərliyinə İsrail hökumətinin bir sıra üzvlərinə, eləcə də İordan çayının qərb sahilindəki "israilli köçkünlərin ortaqlarına" qarşı sanksiyalar tətbiq etməyi təklif etmək niyyətindədir. 

HİT.az xəbər verir ki, X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində müvafiq açıqlama verib.

“Mən İsrail hökumətinin bəzi üzvləri də daxil olmaqla, israilli köçkünlərin tərəfdarlarına qarşı Aİ-yə sanksiyalar təklif etmək niyyətimi təsdiq edirəm", deyə Borrel bildirib.

Avropa diplomatiyasının rəhbəri bildirib ki, İordan çayının qərb sahilindəki israilli məskunlaşanlar uzun müddətdir bölgədə zorakılığı qızışdırsalar da, cəzasız qalıblar və bu, Fələstin-İsrail münaqişəsinin həlli şanslarını təhlükə altına alıb.

Bununla bağlı Borrell İsrail hökumətinin üzvlərini regionda qanunsuz hərəkətləri dayandırmağa çağırıb.

Avqustun 15-də Qətərin paytaxtı Dohada Qəzza zolağında atəşkəs və girovların azad edilməsi üzrə danışıqların növbəti mərhələsi başlayıb. Jurnalistlərin məlumatına görə, danışıqların hazırkı mərhələsi ABŞ, Qətər, Misir və İsrail nümayəndələrinin iştirakı ilə keçirilir. Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti iclasda iştirakdan imtina edib. Onun sözçüsü SNA-ya bildirib ki, hərəkatın əvvəllər razılaşdırılmış şərtləri yenidən müzakirə etmək niyyəti yoxdur.

Samir
 

0