Qaqauziya rəhbəri Maya Sandunun məsuliyyətə cəlb olunacağını bildirib

DÜNYA
21:40 / 16.08.2024
247

Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul Moldovada keçiriləcək prezident seçkilərindən sonra hazırkı dövlət başçısı Maya Sandunun ölkədə aparılan siyasətə görə cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirib. 

HİT.az bu barədə "Sputnik Moldova"ya istinadən xəbər verir.

"Biz Sandunun qorxularını başa düşürük və çox tezliklə, oktyabrın 20-də onlar gerçəkləşəcək. Seçkilərdən sonra Sandu bütün hərəkətlərinə, bəzi hallarda isə hərəkətsizliyinə görə cinayət məsuliyyəti daşıyacaq", deyə Qutsul bildirib.

Qutsul bildirib ki, Moldova və Rumıniya birləşməyə cəhd edəcəyi təqdirdə, Qaqauziya bu məsələ ilə bağlı öz regional referendumunu keçirə bilər: "Biz Qaqauziya sakinlərinin fikrinə, qərarına uyğun hərəkət etməliyik".

Bundan əvvəl müxalifət partiyası olan "Şans"ın lideri Aleksey Lunqu demişdi ki, Maya Sandu respublikada yeni medianın qarşısını almaqla söz azadlığını boğmağa başlayıb. Müxalifətçi qeyd edib ki, Moldovanın indiki hakimiyyəti medianı yalnız onlara işləyəcək dördüncü hakimiyyətə çevirməyə çalışır. Əgər kimsə bu cür hərəkətlərlə razı deyilsə, o zaman Lunqunun sözlərinə görə, onlar təzyiq və repressiya ilə üzləşirlər.

Samir
 

0