Borrell: "Aİ yaxın gələcəkdə öz ordusunu yarada bilməyəcək"

DÜNYA
18:14 / 19.08.2024
197

Avropa ittifaqı diplomatiyasının rəhbəri Cosep Borrell Aİ-nin öz ordusunu yaratmağı çətin hesab edib, çünki ittifaq ölkələri bu məsələdə konsensusa gələ bilmirlər. 

HİT.az xəbər verir ki, Borrell bu barədə Santander Universitetindəki çıxışı zamanı bildirib.

Diplomat əlavə edib ki, Aİ ordusunun yaradılması bir gecədə baş verməyəcək.

"Ordu, ümumi valyuta və ümumi sərhədlər suverenliyi müəyyən edən şeylərdir. Bizə ordu yaratmaq qalır, amma bunu etmək çox çətindir. Aİ-yə üzv ölkələrin yekdil qərarı lazımdır, lakin yekdilliyə nail olmaq çətindir", deyə Aİ diplomatiya rəhbəri bildirib.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen iyul ayında yenidən seçilməsi ərəfəsində Aİ-ni müdafiə ittifaqına çevirmək niyyətini açıqlamışdı. Buna nail olmaq üçün Avropa Komissiyasının rəhbəri müdafiə üzrə Avropa komissarı təyin etməyi, hərbi potensialın yaradılmasına yanaşmaları və müdafiə xərclərini artırmağı planlaşdırırdı.

Samir

0