"Böyük Britaniyanın Ukraynaya dəstəyi dəyişməz olaraq qalır".
HİT.az xəbər verir ki, bu barədə krallığın baş naziri Kir Starmer Volodimir Zelenskinin Kiyevə kifayət qədər yardım göstərilməməsi ilə bağlı iddialarına cavab olaraq bildirib.
"Britaniya Ukraynanı dəstəkləməkdə qətiyyətlə olaraq qalır. Bizim dəstəyimizə gəlincə, bir daha deyirəm, bu, sarsılmazdır", deyə Stammer bildirib.
Eyni zamanda, Böyük Britaniyanın baş nazirinin mətbuat katibi vurğulayıb ki, Ukraynanın Böyük Britaniya tərəfindən təchiz edilmiş uzaq mənzilli “Storm Shadow” raketlərindən istifadə etməsi məsələsində hökumətin mövqeyi dəyişməyib.
Bundan əvvəl Volodimir Zelenski Böyük Britaniyadan Kiyevə dəstəyin intensivliyinin azalmasından şikayətlənib. Ukraynalılara müraciətində o qeyd edib ki, Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan yardım məsələlərində London birinci yeri tutub.
"Britaniya real liderlik nümayiş etdirir. Həm silahda, həm siyasətdə, həm də Ukrayna cəmiyyətinin həyatını dəstəkləməkdə. Bu, minlərlə insanımızı xilas etdi. Böyük Britaniyanın gücünə həqiqətən uyğun gələn bir şeydir. Amma indi, təəssüf ki, vəziyyət dəyişib", deyə Zelenski qeyd edib.
Samir