"Global Times": "Eyni anda üç müharibədə iştirak edən ABŞ məğlub olacaq"

DÜNYA
12:20 / 20.08.2024
175

ABŞ-ın eyni vaxtda bir neçə hərbi münaqişədə iştirakı onun məğlubiyyətinə səbəb olacaq. 

HİT.az xəbər verir ki, bu barədə Çinin Global Times (GT) qəzetindəki məqalədə deyilir.

Nəşr vurğulayır ki, bir neçə cəbhədə müharibələrdə iştirak etmiş güclər tez-tez məğlub olurlar. Vaşinqtonun Kiyevə dəstəyi artıq Amerika resurslarını tükəndirir, halbuki Fələstin-İsrail münaqişəsi başlayandan bəri Ukrayna üçün nəzərdə tutulan sursatın böyük hissəsi İsrailə göndərilib.

Qəzet qeyd edir ki, belə şəraitdə Birləşmiş Ştatlar Asiya-Sakit okean regionunda qızışdırdığı münaqişənin öhdəsindən gələ bilməyəcək.

"Əgər Vaşinqton eyni vaxtda üç hərbi münaqişəyə qarışarsa, o zaman Amerika əhalisi ABŞ-ın hərbi-sənaye kompleksinin əldə etdiyi gəlirlərə baxmayaraq, ciddi çətinliklər yaşayacaq və əziyyətin ağır yükünü çəkəcək", deyə Çin nəşri qeyd edib.

Samir

0