İsrail hakimiyyəti Fələstinin HƏMAS hərəkatının tunel tikintisinə mane olmaq üçün Qəzza zolağı ilə Misir sərhədindəki Filadelfiya dəhlizində divar tikmək niyyətindədir.
HİT.az xəbər verir ki, bu barədə Amerikanın "Wall Street Journal" (WSJ) qəzeti İsrail və HƏMAS arasındakı danışıqlarda ərəb vasitəçilərinə istinadən yazır.
Mənbələr bildirir ki, İsrail HƏMAS-ın tunel qazmasını dayandırmaq üçün divar tikməyə çalışır. Bundan əlavə, o, həmçinin ərazini izləyən kameralar və sensorlardan məlumat əldə etmək istəyir.
Misir öz növbəsində İsrail ordusunun Filadelfiya dəhlizindən və Misirlə Qəzza zolağı arasındakı Rəfah sərhəd-keçid məntəqəsindən tamamilə çıxarılmasını tələb edib.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken İsrailin Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı ABŞ-ın əlavə təkliflərini qəbul etdiyini bildirmişdi.
Samir