Kanada Mühafizəkarlar Partiyası öz videosunda partiya lideri Pyer Poilievrenin X sosial şəbəkəsində Kanada təyyarələri yerinə Rusiya döyüş təyyarələrinin görüntülərindən istifadə edib.
HİT.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
Videonun sonradan silindiyi qeyd edilir.
"Videoda Poilievre təlim uçuşu zamanı "evimizi və vətənimizi müdafiə etməyə hazırlaşan" döyüş təyyarələrindən danışıb. Lakin istifadə edilən görüntülərdə Rusiya istehsalı olan təyyarələr əks olunub", deyə məlumatda bildirilir.
Kanadanın hakim Liberal Partiyası bu hadisədən istifadə edərək rəqiblərini Rusiyaya qarşı çox yumşaq davranmaqda ittiham edib.
Samir