Avropa İttifaqı: "Kurska hücum Ukraynanın Aİ-yə üzvlüyünə təsir etməyəcək"

DÜNYA
16:24 / 20.08.2024
166

Ukrayna Silahlı Qüvvələrinin hücumu ölkənin Avropa İttifaqına daxil olmasına heç bir şəkildə təsir etməyəcək. 

HİT.az xəbər verir ki, bunu Avropa İttifaqının diplomatik xidmətinin nümayəndəsi Peter Stano Brüsseldə keçirdiyi brifinqdə bildirib.
 
Stano vurğulayıb ki, Rusiya Federasiyasının Kursk vilayətində baş verən hadisələr xüsusi hərbi əməliyyatın nəticəsidir.

"Ukraynanın özünü müdafiə etmək hüququ var, buna görə də bunun Aİ-yə üzvlük prosesi ilə heç bir əlaqəsi yoxdur", deyə Aİ rəsmisi bildirib.

Bundan əvvəl Polşa Kiyev Volındakı qətliamla bağlı məsələləri həll edənə qədər Ukraynanın Aİ-yə daxil olmasına mane olacağına söz vermişdi.

Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış Varşavanın Kiyevə dəstəyini davam etdirdiyini, lakin ölkələr arasında münasibətlərə Volın qırğınının mənfi təsir etdiyini bildirib. Onun sözlərinə görə, Volın məsələsi həll olunmasa, Polşa ilə Ukrayna arasında indiki səviyyədə açıq sərhədlər və ticarət olmayacaq.

Samir
 

0