ABŞ Demokrat Partiyası Ukraynaya dəstəyi özünün rəsmi siyasi strategiyasının bir hissəsinə çevirib. Müvafiq bənd partiyanın rəsmi proqramında yer alıb, partiyanın qurultayında təsdiqlənib və partiyanın internet saytında yerləşdirilib.
HİT.az xəbər verir ki, Demokratların “platforma” adlandırdıqları proqramın əsas hissəsinin daxili siyasət məsələləri və ABŞ iqtisadiyyatının problemlərinə yönələcəyi gözlənilir. Yalnız son fəsil beynəlxalq siyasətə həsr olunub və o, Avropadan, xüsusən də Ukraynadan başlayır.
Proqramda qeyd edildiyi kimi, ABŞ prezidentinin hazırkı administrasiyasının məqsədi Ukraynanın suverenliyini qorumaq, ABŞ-ın transatlantik alyanslarının birliyini qorumaq, eskalasiyanın və Rusiya ilə birbaşa münaqişənin qarşısını almaqdır.
"Birləşmiş Ştatlar hər üç cəbhədə uğur qazanıb. Prezident Baydenin rəhbərliyi altında Amerika Ukraynanı silahla təmin edib, habelə onun suverenliyini Rusiyanın təcavüzündən qorumaq üçün lazım olan diplomatik və iqtisadi dəstək verib", sənəddə deyilir.
Demokratlar həmçinin Ukraynaya hərbi yardım göstərən 50-dən çox ölkədən ibarət koalisiya yaratmaqla öyünürlər. Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalardan da bəhs edilir:
"Bayden-Harris administrasiyası həmçinin Ukraynanın mülki əhalisini və enerji infrastrukturunu Rusiyanın səbəbsiz hücumlarından qorumağa kömək etdi və qlobal ərzaq təhlükəsizliyini dəstəkləmək üçün Ukraynanın kənd təsərrüfatı məhsulları ticarətini bərpa etməyə çalışdı".
Sənəddə həmçinin “qapalı qapılar arxasında Tramp Ukraynanı suveren əraziləri Putinə təhvil verməyə sövq etmək siyasətini dəstəkləməkdə” ittiham olunan Donald Trampa qarşı böhtan da var.
Proqramda demokratlar vurğulayırlar ki, ABŞ administrasiyası “heç vaxt müttəfiqlərindən üz döndərməyəcək” və “Putinin cinayətlərini dayandırmaq və Rusiyadan müttəfiq dövlətlər və həyati vacib Amerika maraqları üçün təhlükənin qarşısını almaq üçün Ukraynanı dəstəkləməyə davam edəcək”.
Eyni zamanda, "APNews" qeyd edir ki, ABŞ-da seçkili vəzifələrə namizədlərin ənənəvi olaraq öz partiyasının platformasına riayət etmək üçün qanuni öhdəliyi yoxdur və “çox vaxt ona əməl etmirlər.
"Platformaların dedikləri adətən yarışa az təsir edir və çətin ki, seçki gününə çox təsir etsin", agentlik yazır.
Samir