ABŞ prezidenti Co Bayden və dövlət katibi Entoni Blinkenin Qəzzada atəşkəslə bağlı bəyanatları yanıltıcıdır və HƏMAS-ın mövqeyini əks etdirmir.
HİT.az xəbər verir ki, bu barədə hərəkat məlumat yayıb.
Blinken daha əvvəl bildirmişdi ki, İsrail Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsi üçün ABŞ-ın əlavə təşəbbüslərini təsdiqləyib. Bu layihə hərbi əməliyyatların mərhələli şəkildə dayandırılmasını nəzərdə tutur. Dövlət katibinin sözlərinə görə, ilkin atəşkəs altı ay davam edəcək, o, əsirlərin azad edilməsini və əsirlərin dəyişdirilməsini, həmçinin tam atəşkəs şərtləri üzrə danışıqların başlanmasını əhatə edir.
ABŞ Fələstinin HƏMAS hərəkatının da addım atacağına ümid edir. Ötən həftə Dohada keçirilən danışıqların nəticələrini şərh edən Bayden bildirib ki, Qəzza zolağında atəşkəs və girovların mübadiləsinə dair razılaşma hər zamankindən daha yaxındır.
Bundan əvvək Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlərə bildirib ki, yüksək səviyyəli rəsmilər Qəzzada atəşkəslə bağlı danışıqları davam etdirmək üçün həftənin sonundan əvvəl Qahirədə yenidən toplanacaq.
"Dövlət katibi Blinken İsrailin təhlükəsizliyinə güclü öhdəliyimizi təsdiqləmək və bu razılaşmaya nail olmaq üçün intensiv səylərimizi davam etdirmək üçün regiondadır”, deyə Ağ Evin sözçüsü vurğulayıb.
Xatırladaq ki, Qəzzada atəşkəslə bağlı danışıqlar ötən həftə ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə Dohada bərpa edilib.
Samir