Keşiş Baqratın aksiyalarının uğursuz olmasının əsas SƏBƏBLƏRİ

DÜNYA
14:23 / 22.08.2024
343

"Ermənistanda keşiş Baqrat Qalstanyanın etirazlarının nəticə verməyəcəyi öncədən bilinirdi". 

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında bildirib.

O diqqətə çatdırıb ki, Ermənistan cəmiyyəti 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələrinin onlar üçün necə ağır olduğunu yaxşı bilir:

"Ümumiyyətlə, işğal prosesinin onlar üçün müsbət heç nə vermədiyini də artıq dərk edirlər. Əksinə, işğalçılığın hazırkı vəziyyətə düşmələrinə səbəb olduğunu anlayırlar. 

2021-ci ildə Ermənistanda keçirlən parlament seçkilərinin nəticələri də bunu açıq şəkildə göstərdi. Çünki erməni cəmiyyəti kapitulyasiya aktını imzalamış Baş nazir Nikol Paşinyana səs verməklə müharibədən yana olmadıqlarını bildirdilər". 

356472

Həmsöhbətimiz deyib ki, erməni cəmiyyəti revanşistlərdən yorulub:

"Elə buna görə də həmin parlament seçkilərində revanşist qüvvələrə səs vermək niyyətində olmadılar. Ən yaxşı namizəd isə yenə də məhz Nikol Paşinyan idi. Bu proses onu göstərdi ki, Ermənistanda revanşist qüvvələrə rəğbət yox, qəzəb var". 

Ekspert qeyd edib ki, Baqratın bir oyunun aləti olduğu da göz önündə idi:

"Faktiki olaraq, keşiş Baqrat revanşist qüvvələrin yeni siması idi. Onların və erməni diasporunun göstərişlərini həyata keçirirdi. Erməni diasporu isə anlamışdı ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanandan və Türkiyə ilə də münasibətlər normallaşandan sonra onların fəaliyyətinə ehtiyac qalmayacaq. Ona görə də erməni diasporu və lobbi təşkilatları Ermənistandakı hakimiyyəti devirməyə çalışırlar. 

Revanşist qüvvələr isə sərhədlərin demarkasiya və delimitasiyanın həyata keçdiyini və prosesin sülh müqaviləsinin imzalanmasına doğru getdiyini gördülər. Bu isə onların da artıq sonu çatdığı deməkdir. Bütün bunların fonunda isə keşiş Baqratın aksiyaları uğursuzluqla yekunlaşdı". 

Pərviz

0