Melburn hava limanında təyyarəni təcili çıxış qapısı ilə tərk edən sərnişin saxlanılıb.
HİT.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Hadisə Sidneydən Melburna gələn "Jetstar" aviaşirkətinin təyyarəsinin park edilməsi zamanı baş verib. Hadisə şahidlərinin sözlərinə görə, sərnişinlərdən biri təcili çıxışı açıb və təyyarənin qanadı ilə yeriyib, sonra yerə tullanıb. Bundan əvvəl, stüardessalar və sərnişinlər onu sakitləşməyə və oturmağa çağırarkən, adam səbirsizliklə salonda gəzib.
Melburn hava limanının sözçüsü bildirib ki, həmin şəxs təyyarəni tərk etdikdən sonra saxlanılıb və daha sonra həbs edilib. O, həkimlər tərəfindən müayinə olunaraq xəstəxanaya yerləşdirilib. Həmin şəxs aqressiv davranışda və aviasiya təhlükəsizliyi protokollarını pozmaqda şübhəli bilinir. Onun tezliklə ittiham olunacağı gözlənilir.
Samir