Rusiya Finlandiyanı hədələdi: "Bu, təhdid kimi qiymətləndiriləcək"

DÜNYA
18:40 / 22.08.2024
223

Rusiya Finlandiyada NATO zirehli qrupunun peyda olmasını təhdid kimi qiymətləndirəcək. 

HİT.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa bildirib.
 
Çepanın sözlərinə görə, Finlandiya Şimali Atlantika Alyansına qoşulduqdan sonra silaha olan xərcləri əhəmiyyətli dərəcədə artırıb və bu, şübhəsiz ki, ölkə iqtisadiyyatına təsir edəcək. "Bundan əlavə, hadisələrin bu cür inkişafı Moskva ilə Helsinki arasında münasibətlərdə gərginliyin artmasına gətirib çıxaracaq", deyə parlamentari qeyd edib.

Bundan əvvəl məlum olub ki, NATO Finlandiyanın Mikkeli şəhərində Rusiya ilə sərhəd yaxınlığında beş minə qədər hərbçidən ibarət zirehli briqada yerləşdirməyi planlaşdırır.

Bununla bağlı Federasiya Şurasının İnformasiya Siyasəti və Kütləvi İnformasiya Vasitələri ilə Qarşılıqlı Əlaqələr Komissiyasının rəhbəri Aleksey Puşkov bildirib ki, bu, prezident Aleksandr Stubbın Moskvaya qarşı aqressiv mövqeyi ilə bağlıdır və ABŞ-ın siyasətini tam olaraq təkrarlayır.

Onun sözlərinə görə, belə siyasət həyat səviyyəsinin, təhlükəsizliyin, ticarət gəlirlərinin azalmasına və Finlandiyanın tədiyyə balansının pisləşməsinə gətirib çıxarır.

Samir
 

0