Parlament seçkiləri ərəfəsində hakim Gürcü arzusu-Demokratik Gürcüstan Partiyası respublikaya kənardan nəzarət dövrünün başa çatdığını elan edib.
HİT.az xəbər verir ki, bu barədə “Vzqlyad” qəzeti məlumat yayıb.
"Bütün dünya görməlidir ki, vətənpərvər gürcüləri kənardan idarə etmək mümkün deyil, xarici aktorlar isə Gürcüstan xalqı tərəfindən seçilənlərə hörmət etməli və onlarla əməkdaşlıq etməlidir", deyə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze bildirib.
O vurğulayıb ki, Gürcüstan kimliyini, milli ruhunu və inancını qoruyub saxlayaraq Avropaya doğru ləyaqətli yolunu davam etdirməlidir.
Gürcüstanın baş naziri İrakli Kobaxidze daha əvvəl bəyan etmişdi ki, qarşıdan gələn parlament seçkiləri "müharibə və sülh arasında referenduma" çevriləcək.
Hökumət başçısı əmin olduğunu bildirib ki, səsvermə zamanı ölkə sakinləri dinc həyatla düşmənçilik arasında seçim etməli olacaqlar. Bundan əlavə, onun sözlərinə görə, Gürcüstan vətəndaşları “təbliğat və ya ənənəvi dəyərlərə” üstünlük verməli olacaqlar.
Respublikanın birpalatalı parlamentinə seçkilər bu il oktyabrın 26-na təyin edilib.
Samir