İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, bir gün əvvəl formalaşan yeni İran hökuməti Avropa ölkələri ilə əlaqələrin bərpası üçün səy göstərəcək.
HİT.az xəbər verir ki, o, İranın “Nour News” xəbər agentliyinə danışıb.
“İran Vaşinqtonla gərginliyi azaltmağa çalışacaq və həmçinin Avropa ölkələri ilə münasibətləri bərpa etmək üçün səy göstərəcək, lakin onlar İrana qarşı düşmən münasibətlərindən əl çəkməlidir", deyə nazir bildirib.
Araqçi izah edib ki, Qərb ölkələri 2015-ci il nüvə sazişini canlandırmalı və Tehrana qarşı sanksiyaları ləğv etməlidir.
Avqustun 21-də İran parlamenti Məsud Pezeşkianın yeni nazirlər kabinetini bütövlükdə təsdiqləyib. Xarici İşlər Nazirliyinin rəhbəri 2017-2021-ci illərdə nazirlikdə müavin vəzifəsində çalışmış və ölkənin nüvə proqramı ilə bağlı danışıqlara rəhbərlik etmiş Abbas Əraqçidir.
Avqustun 14-də Əraqçi bildirib ki, İranla ABŞ arasında qarşıdurmanı aradan qaldırmaq və nüvə sazişinin yenilənməsinə nail olmaq mümkün deyil və Tehran bütün diqqətini sanksiyalarla mübarizəyə yönəltməlidir.
Samir