Lukaşenko hakimiyyətdən gedəcək? - "Yaxın perspektivdə..."

DÜNYA
11:13 / 23.08.2024
357

Son günlərdə Belarusda hakimiyyət dəyişikliyinin ola biləcəyi ilə bağlı iddialar yayılmaqdadır.

Hətta Belarus Prezidenti Aleksandr Lukaşenko da hakimiyyətdən gedə biləcəyini bildirən bəyanat verib:

"Prezidentin fərqli şəxs olacağına öyrəşməlisiniz. Bu, o demək deyil ki, sabah sizi tərk edəcəyəm. Lakin həyatda hər şey ola bilər. Mənim hamınız kimi əbədi olmadığıma öyrəşməlisiniz". 

Onun bu sözləri birmənalı qarşılanmayıb və hətta Lukaşenkonun iqtidardan getməyə hazırlaşdığı iddia olunub. Bununla bağlı söz-söhbətlər isə günlərdir davam edir. 

Həqiqətən yaxın perspektivdə Belarus Prezidenti Aleksandr Lukaşenkonun vəzifəsindən gedəcəyi gözlənilir? Bu iddialar nə dərəcədə doğrudur?

Mövzu ilə əlaqədar politoloq Turan Rzayev Hit.az-a açıqlama verib. O bildirib ki, son illərdə Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı daxildə bir neçə dəfə hərəkat başladılıb:

356578

"Hətta bir neçə il bundan öncə ona ciddi mənada təzyiq də baş vermişdi. Avropanın dəstəyi ilə Belarusda hakimiyyət dəyişikliyinə cəhd olmuşdu". 

Lakin ekspertin fikrincə, Belarusda yaxın zamanda hakimiyyət dəyişikliyinin olması gözlənilmir:

"Belarusda hakimiyyət dəyişikliyi məsələsi uzun müddətdir gündəmdədir və müzakirə edilir. Avropa da buna çox çalışır. Hətta Aleksandr Lukaşenkoya "Avropanın son diktatoru" ləqəbini belə veriblər. 

Amma mövcud vəziyyətdə Belarusda hakimiyyət dəyişikliyinin baş verməsi mümkün deyil. Çünki hakimiyyətin ipləri tamamilə Lukaşenkonun əlindədir. Üstəlik, onun iqtidarına qarşı hansısa bir ayaqlanmanın baş verməsi real görünmür". 

Turan Rzayev qeyd edib ki, Rusiya faktoru olmasaydı, Belarus çoxdan Avropa modeli bir dövlət kimi formalaşardı:

"Amma rəsmi Moskvanın bu ölkəyə verdiyi xüsusi önəm və Aleksandr Lukaşenkonun Rusiya Prezidenti Vladimir Putinin təlimatlarını qeyd-şərtsiz yerinə yetirməsi Belarusdakı hakimiyyəti də sabit edir. Belə bir şəraitdə isə Belarus iqtidarının sarsılması və ya dəyişməsi bir qədər çətin görünür".

Pərviz

0