Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Mixail Saakaşvilinin müxalif Vahid Milli Hərəkat Partiyasının deputatları siyasi qüvvə konstitusiyaya zidd elan edildikdən sonra mandatlarından məhrum ediləcəklər.
HİT.az xəbər verir i, bu barədə TASS məlumat yayıb.
"Konstitusiyamıza görə, mandatları yalnız Konstitusiya Məhkəməsi ləğv edə bilər. Düşünürəm ki, mandatların ləğvi partiyaya qoyulan qadağanın məntiqi davamı olardı", deyə Kobaxidze bildirib.
Onun fikrincə, “cinayətkar partiya"nın nümayəndələri Gürcüstan parlamentinin deputatı statusundan istifadə etməməlidirlər.
Baş nazir partiyanın özündən başqa, Vahid Milli Hərəkatla birbaşa əlaqəsi olan digər siyasi təşkilatları da konstitusiyaya zidd kimi tanımaq niyyətindən danışıb: "Siz də bilirsiniz ki, Vahid Milli Hərəkat kollektivinə Axali, Girçi, Droa paetiyaları daxildir. Bütün bu siyasətçilərin keçmişi və bu günü Milli Hərəkatla bağlıdır".
Bundan əvvəl məlum olub ki, hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası qarşıdan gələn oktyabr seçkilərində parlamentdə çoxluğu qoruyub saxlayarsa, eks-prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasını konstitusiyaya zidd elan etmək niyyətindədir.
Gürcüstanın hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının rəhbəri Bidzina İvanişvili payızda keçiriləcək parlament seçkilərindən sonra sabiq prezident Mixail Saakaşvilinin müxalif Vahid Milli Hərəkat Partiyası üçün Nürnberq məhkəməsini təşkil edəcəyini bildirmişdi. Onun sözlərinə görə, xalq çoxluğu vətəni, xarici agentləri olmayan, bütün anti-dövlət işlərinə imza atmağa hazır olan bu birliyə düzgün hökm verəcək.
Samir