Hitler salamına görə 80 min avro cərimə edidi

DÜNYA
22:16 / 23.08.2024
244

Almaniya məhkəməsi müğənni Melani Mülleri təqsirli bilib.

HİT.az xəbər verir ki, o, Hitler salamının kütləvi nümayişinə görə 80 min avro ödəməli olacaq. Leypsiqdəki məhkəməsindəki prosesdə Müllerin özü də iştirak edib.

2022-ci ilin sentyabrında Leypsiqdəki Rowdys Eastside məclisində çıxışı zamanı neonasistlər "Sieg Heil!" və nasist salamı ilə əllərini qalıdırıblar. Görüntülər üzə çıxdıqdan sonra Müller orada iştirakını "dərhal" ləğv etdiyini bildirib. Lakin sonradan Müllerin özünün də Hitler salamı verdiyini göstərən başqa bir video ortaya çıxıb.

"Mən ittiham olunduğum Hitler salamını verməmişəm. Mən irqçi, sağçı ekstremist və ya digər konstitusiyaya zidd şərhlər etməmişəm", deyə müğənni bildirib.

Nasist salamı hadisəsindən əlavə, Müller narkotik saxlamaqda da ittiham olunur. Müstəntiqlər 2023-cü ilin avqustunda maliyyə reydləri zamanı onun çantasında kokain və ekstazi aşkar ediblər. Müğənninin sözlərinə görə, bu, rəfiqəsinin əl çantası olub.

Samir

0