Kalaşnikov AK-203 avtomatları Hindistanda istehsal olunacaq

DÜNYA
20:19 / 23.08.2024
231

Kalaşnikov AK-203 avtomatlarının 2025-ci ilin dekabrına qədər Hindistanda yerli istehsal komponentlərindən yığılması planlaşdırılır. 

HİT.az xəbər verir ki, bu barədə TASS Rusiya-Hindistan müştərək müəssisəsi Indo-Russian Rifles Private Limited (IRRPL) şirkətinin baş direktoru, general-mayor Sudhir Kumar Şarmaya istinadən məlumat verib.

"Hindistanda istehsal texnologiyanın ötürülmə faizindən asılı olaraq 5 mərhələdə baş verəcək. Mən 2025-ci ilin dekabrına qədər 100 faiz lokallaşdırmanı başa çatdırmağı gözləyirəm" deyən Şarma komponentlərin cəmi 5 faizi yerli, 95 faizi isə Rusiyadan olan ilk silahın 2023-cü ildə Hindistanda yığıldığını bildirib.

Daha əvvəl bildirilmişdi ki, "Kalaşnikov" konserni müharibə təcrübəsinə əsaslanaraq, hərbi qulluqçular üçün avadanlıq dəsti hazırlayıb. Onun təqdimatı Ordu 2024 forumunda baş tutub. Dəstə çəki paylama sistemi və təkmilləşdirilmiş anti-parçalanma mühafizəsi olan bədən zirehləri daxildir.

Samir

0