Polşanın müxalif Hüquq və Ədalət Partiyasının (PiS) sədri Yaroslav Kaçinski prezidentliyə namizədin malik olmalı olduğu keyfiyyətlərin adını çəkib.
HİT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Siyasətçinin fikrincə, potensial dövlət başçısı “gənc, ucaboy, əzəmətli və gözəl” olmalıdır.
Avqustun ortalarında məlum olub ki, PiS öz seçki kampaniyasını dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirməkdə şübhəli bilinir.
Polşada seçkilər hazırkı prezident Anjey Dudanın səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 2025-ci ildə keçiriləcək. Siyasətçi artıq iki müddətdir bu vəzifədə olub və bundan sonra seçkilərdə iştirak edə bilməyəcək.
2024-cü ilin yazında ölkənin baş naziri və Vətəndaş Platforması Partiyasının (hakim koalisiyanın bir hissəsi) rəhbəri Donald Tusk prezidentlik imkanını istisna edib. O, Varşava meri Rafal Trzaskovskinin namizədliyini dəstəkləyəcəyini qeyd edib.
Avqustun 12-də Polşanın xarici işlər naziri Radoslav Sikorski qeyd edib ki, Vətəndaş Platformasından prezidentliyə namizəd hələ müəyyənləşməyib. Onun sözlərinə görə, partiyanın Donald Tuskun rəhbərlik etdiyi bir neçə əla namizədi var.
Samir