"Vaqner" Ukraynadakı hərbi əməliyyatda iştirak etmədiyini elan etdi

DÜNYA
16:48 / 26.08.2024
173

"Vaqner" özəl hərbi şirkəti bildirib ki, onun üzvləri Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarında iştirak etmir, ancaq Afrika və Belarusda "işləyir".

HİT.az xəbər verir ki, bəyanat "Vaqner"in "Telegram" kanalında dərc olunub.

"Bu gün "Vaqner"in əməkdaşları yalnız "qara qitədə" və Belarusda işləyirlər. Nə Rusiya Qvardiyasında, nə Rusiya Müdafiə Nazirliyinin sıralarında, nə də başqa yerdə şirkətin bölmələri yoxdur. "Vaqner" indiki mərhələdə xüsusi hərbi əməliyyatda iştirak etmir", deyə bəyanatda qeyd edilir.

"Vaqner" bu istiqamətdə hər hansı dəyişiklik olarsa, əlavə açıqlamalar verəcəklərini də bildirib.

Bir il əvvəl "Vaqner"in qurucusu Yevgeni Priqojinin olduğu biznes-jet qəzaya uğramışdı. Təyyarə qəzasının səbəbləri ilə bağlı təhqiqatın başa çatması hələ rəsmi olaraq açıqlanmayıb.

2023-cü ilin noyabrında Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov "Vaqner"in artıq nə rəsmi, nə də fiziki olaraq mövcud olmadığını iddia edib.

Samir


 

0