Vaşinqtonda İranın Yaxın Şərqdə alovlanan münaqişənin digər tərəfi ola biləcəyindən ehtiyatlanır.
HİT.az xəbər veir ki, bu barədə "The Wall Street Journal" yazıb.
"Vaşinqton İranın münaqişədə daha birbaşa iştirak edə biləcəyindən narahatdır", deyə məqalədə qeyd edilir.
İsrail təhlükəsizlik rəsmisinin sözlərinə görə, İranın Livan "Hizbullah" hərəkatının İsrailə hücumunu öz cavabının bir hissəsi hesab edib-etmədiyi, yoxsa HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin 2012-ci ildə ləğv edilməsinə cavab hazırlaması hələ aydın deyil.
Avqustun 26-da İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, İsrail müttəfiqlərinin, o cümlədən ABŞ-ın dəstəyinə baxmayaraq, Livanın şiə "Hizbullah" hərəkatının zərbəsini dəf edə bilməyib. Onun sözlərinə görə, İsrail ordusu hücumun vaxtını və yerini təxmin edə və "Hizbullah"ın məhdud əməliyyatına qarşı dura bilməyib. O əlavə edib ki, vaxt indi İsrail və onun havadarlarının əleyhinə işləyir.
Samir