Böyük Britaniyanın baş naziri Keir Starmer Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün uzaqmənzilli "Storm Shadow" raketlərinin istifadəsinə icazə verilməsi xahişini şərh edib. Onun sözlərinə görə, bu məsələdə yeni qərarlar qəbul edilməyib və London Kiyevi dəstəkləmək üçün bütün öhdəliklərini yerinə yetirir.
HİT.az bubarədə "Sky News"a istinadən xəbər verir.
"Biz həm pul, həm də silahla bağlı öhdəliklərimizə əlavə resurslar qoyduq", deə Starmer bildirib.
O, Volodimir Zelenskiyə dəfələrlə Britaniyanın nə qədər lazımdırsa, Ukraynanın yanında olacağını dediyini vurğulayıb. Böyük Britaniyanın baş naziri silahdan istifadənin taktiki məsələlərini şərh etməkdən imtina edərək, "anlaşılması lazım olan" səbəbləri əsas gətirib.
Avqustun 17-də məlum olub ki, Britaniya ABŞ-ın bu məsələdə mövqeyinə görə Ukrayna silahlı qüvvələrinə Rusiyaya "Storm Shadow" raketləri ilə zərbə endirməyi qadağan edir. "The Times"ın yazdığı kimi, bir aydan çox əvvəl Londondan Vaşinqtona göndərilən sorğu hələ də cavab gözləyir . Raket qadağası ABŞ prezidenti Co Bayden administrasiyasının Ukraynada müharibənin genişlənməsindən narahat olduğu bir vaxta təsadüf edir.
Samir