Çin Ukrayna münaqişəsinə görə ABŞ-ı ittiham etdi

20:31 / 28.08.2024
172

Pekin Ukrayna böhranının diplomatik həllinin tərəfdarıdır və ABŞ-ı bu münaqişəyə görə məsuliyyəti Çinin üzərinə atmamağa çağırır. 

HİT.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ deyib.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla danışıqlar zamanı Çin Xarici İşlər Nazirliyinin rəhbəri xatırladıb ki, Pekin  həmişə Ukraynadakı münaqişə tərəflərini dinc danışıqlara çağırıb.

"Birləşmiş Ştatlar məsuliyyəti Çinin üzərinə atmamalı, qeyri-qanuni birtərəfli sanksiyalar tətbiq etməməlidir", deyə XİN başçısı bildirib.

Avqustun 27-də "Reuters" yazıb ki, Çinə səfərə gələn Sallivan qarşıdan gələn prezident seçkiləri öncəsi Pekin və Vaşinqton arasında gərginliyi azaltmaq, habelə ticarət sahəsində və Tayvan ətrafında qarşılıqlı iddiaları müzakirə etmək niyyətindədir.

Bundan əvvəl Çin hökumətinin xüsusi nümayəndəsi Li Hui bildirib ki, bəzi ölkələrin hərbi-sənaye kompleksləri Ukrayna böhranının uzanmasında maraqlıdırlar və bu səbəbdən onlar bununla manipulyasiya etməkdə davam edirlər.

Samir


 

0