Kiyev yaxınlığındakı çayıda Rusiyadan gələn zəhərli maddə aşkar edildi

DÜNYA
10:38 / 29.08.2024
159

Rusiya sərhədindən aşağı axan Desna çayında zəhərli maddə aşkar edilib. 

HİT.az xəbər verir ki, bu barədə Vışqorod meri Aleksiy Momot öz "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, avqustun 26-da Texnoloji və Ekoloji Təhlükəsizlik və Fövqəladə Hallar üzrə Kiyev Regional Komissiyasının növbədənkənar iclası keçirilib. İclasda sakinlərə Desnada çimmək və balıq tutmağı qadağan etmək barədə qərar qəbul edilib.

"Rusiya sərhədindən aşağı axan Desna çayı və onun buxtalarında zəhərli maddə aşkar edilib. Hər kəsə Desna və onun buxtalarında üzmək, balıq tutmağı qəti qadağan edilir", deyə mer bildirib.

Qadağa ekoloqlardan təhlükəsiz göstəricilər alınana qədər Brovarska, Vışqorod və Pirniv ərazi icmaları üçün qüvvədə olacaq.

Bir gün əvvəl Desna çayının qolu olan Seym çayında da çirkləndiricilər aşkar edilib.

Ukrayna Dövlət Meliorasiya və Balıq Təsərrüfatı Agentliyinin məlumatına görə, Seym çayında çirkləndiricilərin, xüsusən ammonium və asılı bərk maddələrin icazə verilən maksimum konsentrasiyasının əhəmiyyətli dərəcədə artıqlığı qeydə alınıb.

Məhz buna görə də müvafiq ekologiya komissiyası insanların və yerli sakinlərin sağlamlığı üçün təhlükə olduğuna görə üzgüçülük, balıq ovu və çaydan təsərrüfat məqsədləri üçün sudan istifadənin qadağan edilməsi barədə qərar qəbul edib.

Samir
 

0