"Fransa vətəndaşlığından imtina "Telegram" messencerinin yaradıcısı Pavel Durovun hüquqi vəziyyətini yaxşılaşdırmayacaq və ona təqiblərdən yayınmağa kömək etməyəcək".
HİT.az xəbər verir ki, bunu vəkil Aleksandr Xaminski bildirib.
“Bu işdə Durovun Fransa vətəndaşlığının olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Söhbət Fransa ərazisində törədilən və ya birbaşa Fransa dövlətinin ictimai maraqlarına toxunan cinayətlərdən gedir”, deyə Xaminski bildirib.
Eyni zamanda, o qeyd edib ki, Durovun ağır cinayətlərdə ittiham olunmasına baxmayaraq, onların qəsdən törədilməsinə dair sübutlar görünür, məhkəməyə təqdim edilə bilməz.
"Telegram"ın təsisçisi avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Sahibkar ölkəyə Azərbaycandan gəlib.
Avqustun 28-də Paris məhkəməsi Durovu altı maddə ilə ittiham edib. Onların arasında kəşfiyyat xidmətləri ilə əməkdaşlıqdan imtina, kiber fırıldaqçılıq və digərləri var. O, 5 milyon avro girov müqabilində azad edilib və hələlik məhkəmə nəzarəti altındadır.
Samir