Rusiyanın Kamçatka yarımadasında qəzaya uğramış Mi-8 helikopterinin göyərtəsindəki bütün şəxslərin cəsədləri tapılıb.
Bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti yayıb.
“Xilasedicilər 22 nəfərin cansız bədənlərini aşkarlayıb. Onlardan 19-u turist, 3-ü ekipaj üzvüdür”, - məlumatda deyilir.
Rusiya FHN axtarışların başa çatdığını açıqlayıb.
Xatırladaq ki, avqustun 31-də yoxa çıxmış helikopter Vaçkajets vulkanı-Nikolayevka kəndi marşrutu üzrə hərəkət edirdi.
Qafqazinfo