44 yaşlı tənha yunan qadın yanğınsöndürənlər arasında özünə sevgili tapmaq üçün əkin sahələrini yandırıb.
HİT.az xəbər verir ki, bu barədə “Green Reporter” məlumat yayıb.
Qadın yanğını söndürməyə gələn xilasedicilərlə münasibət qura biləcəyini düşünüb. Nəticədə onun təqsiri ucbatından iki kiçik yanğın baş verib və onlar tez bir zamanda söndürülüb.
Məhkəmə yanğın törədən qadını 3 il müddətinə azadlıqdan məhrum edib və 1000 avro məbləğində cərimə kəsib. Beləliklə, indi o, hüquq-mühafizə orqanlarının əməkdaşları arasında sevgili axtarmalı olacaq.
Samir