"Aİ müdafiə sənayesinə investisiya qoyuluşunun qaydalarını sadələşdirməlidir"

DÜNYA
22:15 / 02.09.2024
179

Avropa İttifaqı müdafiə sənayesinə investisiya yatırma prosedurunu sadələşdirməli və bu məsələdə maliyyə siyasətini dəyişməlidir. 

HİT.az xəbər verir ki, bu fikri Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Mario Draqi Avropa Parlamentinin üzvləri qarşısında şəxsi hesabatında bildirib.

Nəşr qeyd edir ki, hesabat Brüsseli Avropa İnvestisiya Bankının kredit siyasətini dəyişdirərək maliyyələşdirməni azad etməyə çağırır. Bundan əlavə, müdafiə investisiyalarını asanlaşdırmaq üçün Aİ-nin ətraf mühit, sosial və idarəetmə qanunvericiliyi sadələşdirilməlidir.

“İş ABŞ-la müqayisədə son 30 ildə qeydə alınan məhsuldarlıq fərqinin necə aradan qaldırılacağına yönəldiləcək”, deyə "Politco" yazıb.

Avqustun 30-da bildirilib ki, Ukraynada müharibə başladıqdan sonra Aİ ölkələri müdafiə xərclərini 200-dən 300 milyard avroya qədər artırıb. 

Samir

0