Gürcüstan Qərbi ölkədə "Frankenşteyn"i yetişdirməkdə ittiham etdi

DÜNYA
20:57 / 02.09.2024
185

Gürcüstan parlamentinin rəhbəri Şalva Papuaşvili bildirib ki, Qərb ölkədə "dövlətə hücum edən" qeyri-hökumət təşkilatları (QHT) şəklində “Frankenşteyn” yetişdirir. 

HİT.az bu barədə “Vzqlyad”a istinadən xəbər verir.

“Gəlin etiraf edək ki, amerikalı və avropalı donorlar süni vətəndaş cəmiyyəti yaratmaqla Gürcüstanda dövlətə hücum edən bir canavar - "Frankenşteyn" yetişdiriblər", deyə siyasətçi bildirib.

Papuaşvili hesab edir ki, belə vətəndaş cəmiyyəti modeli əbəsdir və “Xarici təsirin şəffaflığı haqqında” qanun bu vəziyyətdən çıxmağa kömək etməlidir.

Onun fikrincə, belə "Frankenşteyn" əslində bolşevizmi təzahür etdirir: "O, qorxudur, faktiki olaraq zorlayır, ideyaları senzura edir, reallığa məhəl qoymur, vətəndaşların ehtiyaclarını inkar edir və vandalizmlə məşğul olur".

Avqustun 30-da Gürcüstan ədliyyə nazirinin birinci müavini Tamar Tkeşelaşvili bildirib ki, artıq 230-dan çox qeyri-hökumət təşkilatı “Xarici təsirin şəffaflığı haqqında” qanun çərçivəsində qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinin Milli Vətəndaşlıq Reyestri Agentliyinə müraciət edib. 

Mayın 14-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanun qəbul edib. Sənəd xarici mənbələrdən pul alan qeyri-hökumət təşkilatlarının və KİV-lərin reyestrinin yaradılmasını nəzərdə tutur. Siyahıya gəlirlərinin 20%-dən çoxu xarici maliyyədən gələn hüquqi şəxslər və ya KİV-lər daxil ediləcək. Qanun fiziki şəxslərə şamil edilmir. Qanun layihəsinin müzakirəsi etiraz aksiyaları ilə müşayiət olunub.

Samir
 

0