Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı tərəfindən yaradılmış böyük yeraltı tunellər şəbəkəsi İsrailin anklavda hərbi əməliyyatını xeyli çətinləşdirir.
HİT.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzetinə şərhində İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi nümayəndəsi bildirib.
Qəzetin mənbəsi deyib: "HƏMAS-ın tunellərdə gizlənməsi və döyüşlərin çoxunu oradan aparması müharibəni uzadır".
İDF sözçüsü qeyd edib ki, ötən il oktyabrın 7-də yəhudi dövlətinə hücumdan əvvəl israilli ekspertlər HƏMAS-ın tunellərinin ümumi uzunluğunun təxminən 400 kilometr olduğuna inanırdılar. Lakin tunellərin uzunluğu ilə bağlı hazırkı rəy 800 kilometr qiymətləndirilir. NYT-nin məlumatına görə, keçidlər 75 metrdən çox dərinlikdə - 25 mərtəbəli binanın hündürlüyündə yerləşə bilər.
Nəşrin həmsöhbəti vurğulayıb ki, bütün yeraltı qalanın məhv edilməsi illər çəkə bilər, çünki cəmi bir kilometr tunelin məhv edilməsi üçün ən azı 16 ton partlayıcı lazımdır. IDF sözçüsünə görə, HƏMAS yeraltında döyüşmək niyyətində idi.
Bundan əvvəl İsrail ordusu keçən həftənin əvvəlində Qəzza-Misir sərhədində üç metr hündürlüyündə yeraltı tunel aşkar etmişdi. Bildirilib ki, İsrail əsgərləri son vaxtlar Filadelfiya dəhlizi ərazisində yeraltı tunellərin yerini müəyyənləşdirmək və məhv etmək üçün iş aparır.
Samir