"Avropa siyasi sistemləri dərin böhran yaşayır və Avropa ölkələri üçün əvvəlkindən çox fərqli yeni tarixi mərhələ gəlir".
HİT.az "Euractiv"ə istinadən xəbər verir ki, bunu Portuqaliya prezidenti Rebelu de Souza deyib.
Onun fikrincə, Avropa bir tarixi dövrün sonunda, digərinin başlanğıcındadır. Avropa ölkələri ABŞ-da keçiriləcək prezident seçkilərini nəzərə alaraq dünyanın dəyişdiyi bir məqamdadır:
"Çindəki dəyişikliklərdən sonra dünya əvvəlki kimi olmayacaq. Rusiya Federasiyasının və ya Cənubi Afrika, Braziliya, Türkiyə və Hindistandakı yeni dövlətlərin mövqeyində eyni olmayacaq".
Prezident qeyd edib ki, qeyri-müəyyənlik şəraitində daha çox münaqişə yaranır, ona görə də təkcə Avropada deyil, digər regionlarda da sülh üçün mübarizə aparmaq vacibdir.
O, həmçinin qeyd edib ki, Avropa siyasi sistemləri başqa bir dövrdə yaradılıb və hazırda ətalətlə fəaliyyət göstərməkdə davam edir. Onlar müasir çağırışlarla ayaqlaşmırlar. Portuqaliya prezidenti qeyd edib ki, köhnə siyasi sistem öz resurslarını tükəndirib və bu, Avropa üçün ciddi problemdir.
Rebelo de Souza həmçinin xəbərdarlıq edib ki, Avropa ölkələri təsirini itirir və bir sıra məsələlərdə liderliyini qoruya bilmir.
2016-cı ildə Marselo Rebelo de Sousa beş illik müddətə Portuqaliyanın prezidenti seçilib. 2021-ci ildə isə yenidən sekçinin qalibi olub.
Samir