Latviya hakimiyyəti sərxoş halda idarə etdiyinə görə yerli sürücülərdən müsadirə edilmiş 18 avtomobili Ukraynaya verəcək.
HİT.az xəbər verir ki, bu barədə "Delfi" məlumat yayıb.
Çərşənbə axşamı hökumət Ukrayna tərəfinə polis tərəfindən tutulan sərxoş sürücülərdən müsadirə edilən daha 18 avtomobili bağışlamaq qərarına gəlib.
Jurnalistlərin fikrincə, təhvil verilən avtomobillərin ümumi dəyəri 94 min avronu keçəcək. Transfer edilən ən bahalı avtomobil 25 min avro dəyərində 2017-ci ilin "Audi Q7" modeli olacaq.
Latviyada sərxoş halda avtomobil idarə etməyə görə yüksək məbləğdə cərimə yazılır və nəqliyyat vasitəsi müsadirə edilir.
Samir