"Qarşıdakı iki həftə ərzində həll yolu tapılmasa, ABŞ Qəzza zolağı ilə bağlı danışıqlardan çıxmaq niyyətindədir".
HİT.az xəbər verir ki, bunu "RİA Novosti"yə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Mənbə bildirib ki, atəşkəs danışıqlarında şəxsən iştirak edən HƏMAS rəsmisi danışıqların gedişi ilə bağlı bir sıra məlumatları Türkiyə Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmilərinə çatdırıb.
Onun sözlərinə görə, ABŞ İsrailə heç bir təzyiq göstərmir və Vaşinqton danışıqları tərk edərsə, hər şey başlanğıc nöqtəsinə qayıdacaq.
O, həmçinin bildirib ki, hazırda münaqişə tərəfləri arasında üç əsas məqam üzrə danışıqlar aparılır. Onun sözlərinə görə, real vəziyyət müsbət deyil.
Bir gün əvvəl Amerikanın "Axios" portalı mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Co Bayden tezliklə İsrailə və Fələstinin HƏMAS hərəkatına münaqişənin həlli ilə bağlı yeni təklif təqdim edə bilər.
Samir