Telegram messencerinin həmtəsisçisi Pavel Durov təyyarənin pilləkənlərində saxlanılmayıb, o, Paris hava limanındakı VIP zalına getməyi bacarıb.
HİT.az xəbər verir ki, bu barədə TF1 telekanalı məlumat yayıb.
Qeyd olunur ki, enişdən sonra təyyarənin sərnişinləri - Durov, onunla birlikdə uçan qız və mühafizəçi VİP-lər üçün nəzərdə tutulmuş salonda məskunlaşıblar. Polis içəri girib və onlardan yuxarı qalxmağı xahiş edib.
Durov həbs olunduğunu polis bölməsində öyrənib.
Xatırladaq ki, Pavel Durov avqustun 24-də Fransanın Le Burje hava limanında saxlanılıb. O, ölkəyə Azərbaycandan gəlib. Daha sonra məhkəmə nəzarətində azadlığa buraxılıb. İş adamı 5 milyon avro girov ödəyib.
Samir