Pezeşkian ilk səfəri üçün nəyə görə İraqı seçdi? - RƏY

DÜNYA
13:28 / 06.09.2024
358

"İranın yeni Prezidenti Məsud Pezeşkianın ilk səfəri üçün İraqı seçməsinin siyasi tərəfləri var".

Bu sözləri siyasi şərhçi Məhsa Mehdili Hit.az-a açıqlamasında deyib.

O, Həşdi Şabi qruplaşmasına diqqət çəkib:

"İran tərəfindən qurulan Həşdi Şabi qruplaşması İraqda çox aktivdir. Onlar, Yaxın Şərqdə İranın hərbi qanadı kimi hərəkət edirlər. Son olaraq İraq büdcəsindən Həşdi Şabi qruplaşmasına ayrılan vəsait 230 milyon dollar artırıldı. Həmçinin, İran tərəfindən də onlara maddi dəstək verilir. Görünən odur ki, hər iki tərəf Həşdi Şabini gücləndirməyə çalışır".

357573

Ekspert qeyd edib ki, İraq İrana sanksiyaları dəlməkdə kömək edir:

"İraq İrana ABŞ-nin və Avropanın sanksiyalarının dəlmək üçün ciddi şəkildə çox kömək edir. Yəni İrana tətbiq olunan sanksiyaların dəlinməsində və ölkə iqtisadiyyatının ayaqda qalmasında İraq hökumətinin ciddi rolu var. Bu məsələyə görə ABŞ də İraqa təpki göstərib. Buna baxmayaraq, Pezeşkianın səfəri zamanı da tərəflər arasında yeni ticari müqavilələrin imzalanması gözlənilir".

Məhsa Mehdilinin sözlərinə görə, hər iki tərəf də bir-birindən istifadə edir:

"Əslində, İraq həm də öz düşdüyü vəziyyətdən çıxmaq üçün İrandan istifadə edir. İran üçün isə İraq bir növ "nəfəslik" rolunu oynayır. Həmçinin, İran İraqda əlini güclü saxlamağa və orada hərbi bazaları olan ABŞ-yə güc göstərməyə çalışır. Yəni hər iki tərəfin də bir-birindən qarşılıqlı maraqları var".

Pərviz
 

1