Macarıstan Aİ-ni ikiüzlülükdə və yalan vəd verməkdə ittiham etdi

DÜNYA
18:18 / 06.09.2024
227

"Avropa liderləri və nazirləri mənasız vədlərlə namizəd ölkələri sakitləşdirməməlidirlər".

HİT.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Kişinyovda Moldovanın xarici işlər naziri Mixali Popşoyla birgə mətbuat konfransı zamanı bildirib.

"Aİ-nin genişlənmə prosesi ilə bağlı Brüsseldə ortaya çıxan bu ikiüzlülüyün qarşısını almaq lazımdır", deyə nazir vurğulayıb.

Siyarto qeyd edib ki, Aİ-nin yüksək rütbəli rəsmiləri ictimaiyyət qarşısında çıxışlarında Avropa İttifaqının genişlənməsinə və yeni dövlətlərin birliyə qəbul edilməsinə dəstək verdiyini bəyan edirlər, lakin özəl olaraq Avropa ölkələrinin bir çox xarici işlər nazirləri yeni ölkələrin inteqrasiyası prosesinə şübhə ilə yanaşırlar.

Bundan əvvəl Moldova parlamentinin spikeri, respublikanın hakim Fəaliyyət və Həmrəylik partiyasının lideri İqor Qrosu ölkəsinin 4-5 ildən sonra Avropa İttifaqının bir hissəsi ola biləcəyini bildirmişdi.

Eyni zamanda, mart ayında Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) qoşulması ilə bağlı danışıqların uzana biləcəyi barədə məlumat yayılmışdı.

Samir
 

0