Estoniya kəşfiyyatı: "Rusiya hücumunun ləngiməsi Ukraynanın mütəşəkkil müdafiəsindən xəbər verir"

DÜNYA
22:55 / 06.09.2024
214

"Rusiya Federasiyasının silahlı qüvvələri təşəbbüsü əməliyyat səviyyəsində saxlayır və Donetsk istiqamətində taktiki hücum həyata keçirir, lakin işğalçıların irəliləməsi səngiyib ki, bu da Ukraynanın mütəşəkkil müdafiəsindən xəbər verir".

HİT.az xəbər verir ki, bu barədə ERR Estoniya Müdafiə Qüvvələrinin kəşfiyyat mərkəzinin həftəlik xülasəsinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, rusların əməliyyat təzyiqi yüksək səviyyədə qalır, hücumların orta sayı gündə 195 hücuma qədərdir. Onların dörddə biri ən ağır döyüşlərin mərkəzi olan Pokrovski sektorunda baş verir.

Xülasədə qeyd edilir ki, Pokrovski sektorunda və Kuraxiv istiqamətində yüksək əməliyyat təzyiqinə baxmayaraq, Rusiya Silahlı Qüvvələrinin irəliləməsi son günlər ötən ayın ikinci yarısında olduğu kimi sürətli olmayıb. Bu, Ukraynanın mütəşəkkil müdafiəsinə dəlalət edir. Açıq mənbələrə görə, Rusiya Pokrovski istiqamətində 50 000-ə qədər ən döyüşə hazır əsgərini cəmləşdirib.

Demək olar ki, hər gün Rusiya ballistik və qanadlı raketlərlə, eləcə də uzaqmənzilli dronlarla Ukraynanın kritik infrastrukturuna və mülki obyektlərinə (son günlər Poltava, Krivoy Roq və Lvovda) zərbələr endirir. Beləliklə, təcavüzkar Ukrayna cəmiyyətini hakimiyyətə qarşı təhrik etməyə və öz taktiki uğurunun informasiya effektini artırmağa çalışır, xülasədə vurğulanır.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının hesabatına əsasən, ötən sutka ərzində cəbhədə rus işğalçıları ilə 181 döyüş toqquşub, ən qızğın vəziyyət Pokrovski və Kuraxiv istiqamətlərində olub.

Samir

0