"Kuleba öz istəyi ilə istefa verməyib" - ŞOK AÇIQLAMA

DÜNYA
11:30 / 09.09.2024
226

"Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın istefası bir neçə faktorla əlaqəli ola bilər". 

Bu sözləri Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, siyasi təzyiqlərin Kulebanın istefa qərarına səbəb olması mümkündür:

"Hesab edirəm ki, hökumət daxilindəki daxili siyasi dinamikalar, təzyiqlər istefa və ya kabinet dəyişikliklərinə səbəb ola bilər. Həmçinin, davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı çətinliklərin təsiri mümkündür. 

Nəzərə almaq lazımdır ki, müharibə Ukrayna rəhbərliyi üzərində böyük təzyiq yaradır. Belə vəziyyətdə hökumət xarici diplomatiyada yeni yanaşmalar və ya liderlik axtarırsa, kabinetdə dəyişikliklər baş verə bilər". 

357721

Politoloqun sözlərinə görə, daxili və xarici təsirlərin də Ukraynada kadr dəyişikliklərinə gətirib çıxarma ehtimalı var:

"İctimai rəy, beynəlxalq münasibətlər və ya diplomatik çətinliklərə görə hökumət, eləcə də Prezident Volodimir Zelenski ciddi dəyişikliyi zəruri hesab edə bilər. Buna görə də xarici işlər nazirinin istefasının qəbul olunması mümkündür. Düşünürəm ki, bu faktorların hər biri Kulebanın istefa verməsi üçün zəmin yarada bilər".

Rüstəm Tağızadə diqqətə çatdırıb ki, Dmitri Kuleba Qərb dövlətləri ilə güclü siyasi əlaqələr quran nazir kimi tanınırdı:

"Hal-hazırda Ukrayna hökümətinə yenə də dəyişikliklərin olması gözlənilir. Zelenskinin Ukrayna rəhbərliyinin yüksək eşelonunda etdiyi sonuncu böyük dəyişiklik fevral ayında keçmiş baş komandan Valeri Zalujnını Aleksandr Sırski ilə əvəz etməsi idi. Zalujnı hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsində çalışır. Fikrimcə, Ukraynada kadr dəyişiklikləri olsa da bu müharibəyə əsaslı təsir göstərməyəcək. 

Hazırda hərbi və maliyyə yardımının çox olması Ukraynanın maraqlarına uyğundur. Müharibə isə hələ də davam edir. Bu müharibədə Kulebanın güclü siyasi rolu var idi. Amma bütün bunlara rəğmən, Kulebanın öz istəyi ilə istefa vermədiyini düşünürəm. Yəqin ki, ona olan xarici təsirlər nəticəsində bu proses baş verdi". 

Pərviz

0