FT: Narkotiklər Avropaya Polşa bayrağı altında üzən gəmilərlə gətirilir

DÜNYA
22:16 / 09.09.2024
182

Qaçaqmalçılar Avropaya narkotik keçirmək üçün Polşa bayrağı altında üzən gəmilərdən istifadə edirlər. 

HİT.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti BMT və Dəniz Əməliyyatlarının Təhlili Mərkəzinin (MAOC-N) nümayəndələrinə istinadən məlumat yayıb.

Materialın müəllifləri qeyd ediblər ki, 2020-ci ildən təhlil mərkəzi Polşa bayrağı altında üzən gəmilərdən istifadə etməklə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 19 fakt qeydə alıb. Ümumilikdə hüquq-mühafizə orqanlarının əməkdaşları 18 ton sirr, 13,5 ton kokain və 56 kiloqram MDMA götürüblər.

BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin nümayəndəsi Julien Qarsani qeyd edib ki, narkotik alverçiləri qanunda boşluq olduğu üçün belə gəmilərdən istifadə edirlər. Onun sözlərinə görə, qanunvericilikdəki qüsur Polşa gəmilərinin beynəlxalq sularda saxlanmaqdan immunitetə ​​malik olmasına səbəb olub.

İyun ayında Europol 2023-cü ilin aprel-sentyabr ayları arasında Avropa dəniz limanlarında 35 ton kokainin müsadirə edildiyini bildirmişdi. Onların sözlərinə görə, təhlükəsizlik qüvvələri Cənubi Amerikadan Avropa ölkələrinə qadağan olunmuş maddənin konteyner daşınmasını təşkil edən cinayətkar şəbəkəni sıradan çıxara bilib.

Samir

0