İsrail Yaxın Şərqdə münaqişənin genişlənməsinə təhrik edir.
HİTaz SANA agentliyinə isinadən xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"İsrailin işğalçı hakimiyyət orqanlarının Suriya ərazilərinə və regionun digər ölkələrinə həyata keçirdiyi davamlı hücumlar eskalasiyanı daha da artırmaq istəyindən xəbər verir", deyə qeyd edilir.
Bildirilir ki, İsrail tərəfi "Qəzza zolağında fələstinlilərin kütləvi şəkildə məhv edilməsi" ilə məşğuldur. Bundan əlavə, Suriya Xarici İşlər Nazirliyi münaqişənin inkişafında ABŞ-ı, eləcə də digər Qərb ölkələrini günahlandırıb.
Bundan əvvəl Suriya dövlət mediası bildirib ki, bazar günü İsrailin Suriyanın Həma şəhərinin ətrafına çoxsaylı zərbələri nəticəsində azı 4 mülki şəxs həlak olub. Mənbələr bildirir ki, zərbələr böyük hərbi tədqiqat mərkəzini hədəf alıb.
Suriyanın dövlət xəbər agentliyinə istinadən yerli səhiyyə rəsmisi 13 nəfərin də yaralandığını bildirib. İki regional kəşfiyyat mənbəsi bir neçə zərbənin Missyaf yaxınlığında yerləşən böyük hərbi kimyəvi silah tədqiqat obyektini hədəf aldığını bildirib. Orada silah istehsalı ilə məşğul olan bir qrup iranlı hərbi ekspertin yerləşdiyi güman edilir.
Suriya dövlət mediası zərbələrin iki yanğına səbəb olduğunu bildirib.
Samir