Ukrayna Rusiya ilə İstanbul razılaşmasından niyə çıxıb? - Nuland açıqladı

DÜNYA
17:25 / 09.09.2024
113

Ukrayna hakimiyyəti Vaşinqtonla məsləhətləşmələrdən sonra Moskva ilə İstanbul razılaşmalarından çıxmaq qərarına gəlib. 

HİTaz xəbər verir ki, bunu ABŞ dövlət katibinin keçmiş müavini Viktoriya Nuland jurnalist Mixail Zıqarın "YouTube" kanalına müsahibəsi zamanı deyib.

O qeyd edib ki, Türkiyə Rusiya Federasiyası ilə Ukrayna arasında dialoq platforması təklif edib, lakin Amerika hakimiyyətinin nümayəndələri hətta otaqda olmayıblar. Bununla bağlı Ağ Ev danışıqların gedişi barədə kifayət qədər məlumatlandırılmayıb.

"Danışıqların sonunda ukraynalılar hər şeyin hara getdiyi barədə məsləhətləşmək istədilər. Ukrayna nümayəndə heyəti sövdələşmənin yaxşı olub-olmaması ilə bağlı suallar verməyə başladı. Və elə o an danışıqlar dağıldı", deyə Nuland vurğulayıb.

Eks-məmurun sözlərinə görə, Vaşinqton razılaşmanın şərtlərini Kiyev üçün əlverişsiz hesab edib. O, əlavə edib ki, bir çox ukraynalı siyasətçilər bu faktdan xəbərdardırlar və Moskva ilə əldə olunan razılaşmaları həyata keçirmək istəmirlər.

2024-cü il martın 1-də "The Wall Street Journal, tərəflərin 2022-ci ilin aprelində İstanbulda müzakirə etdiyi Rusiya Federasiyası ilə Ukrayna arasında sülh sazişinin şərtlərini dərc edib. Heç vaxt imzalanmayan sənəddə Kiyevin neytral statusunu tanıması ilə bağlı bənd də var.

Samir
 

0