Fransada məhkəmə nəzarəti altında olan "Telegram"ın həmtəsisçisi Pavel Durov bir müddət sonra nəzarət şərtlərinin yumşaldılmasını və ailəvi səbəblərə görə ölkəni tərk etməyə icazə istəyə bilər.
HİT.az xəbər verir ki, bu fikri "RİA Novosti"yə müsahibəsində fransalı kriminal hüquqşünas David Libeskind deyib.
Qeyd edilir ki, Libeskindin Durovun müdafiəsi ilə heç bir əlaqəsi yoxdur. Vəkil bildirib ki, Durovun məhkəmə nəzarəti şərtləri onun qüvvədə olma müddətini göstərmir, bu isə onun bir neçə il davam edə biləcək istintaq bitənə qədər Fransanı tərk etmək hüququnun olmaması deməkdir.
Eyni zamanda, Durov hakimdən məhkəmə nəzarəti şərtlərinə yenidən baxılmasını xahiş etmək hüququnu özündə saxlayır, xüsusilə onun xaricdə uşaqları olduğunu nəzərə alınmalıdır.
Durov avqustun 24-də axşam Le Burje hava limanında şəxsi təyyarədən enərkən Fransada saxlanılıb. Sahibkar ölkəyə Azərbaycandan gəlib. O, qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə olunması da daxil olmaqla altı cinayətdə ittiham olunur. "Telegram"ın təsisçisi 5 milyon avro girovla məhkəmə nəzarətinə götürülüb və respublika ərazisini tərk etmək qadağan edilib.
Samir