NATO və Aİ ölkələrinə kiberhücumların arxasında QRU dayanır - "Reuters"

DÜNYA
18:00 / 09.09.2024
158

Almaniya Milli Kəşfiyyat Xidməti Rusiya Hərbi Kəşfiyyatının (QRU) 29155 bölməsinə aid kiberqrupun NATO və Avropa İttifaqı ölkələrinə qarşı kiberhücumlar həyata keçirdiyini bildirib.

HİT.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Xüsusilə, Alman kəşfiyyatı FTB, ABŞ kibertəhlükəsizlik agentliyi CISA, NSA (Milli Təhlükəsizlik Agentliyi) və digər beynəlxalq tərəfdaşlarla birlikdə UNC2589 kimi tanınan qrupa qarşı xəbərdarlıq etdiyini bildirib

Xəbərdarlıq Moskvanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra şübhəli rus hakerləri və casusları ilə bağlı Avropada artan narahatlıq fonunda verilir. Bu ilin əvvəlində Berlin Rusiyanı Almaniyanın hakim Sosial Demokrat partiyasına, eləcə də logistika, müdafiə şirkətlərinə silsilə kiberhücumlarda ittiham edib. 

Kəşfiyyat xidməti xəbərdarlığında qrupun təxribat və casusluğa yönəlmiş fəaliyyətlə məşğul olduğunu bildirib. Bu işə veb saytların dağıdılması və oğurlanmış məlumatların dərc edilməsi daxildir.

"Reuters" əlavə edib ki, qrupun aid olduğu QRU bölməsi 2018-ci ildə Böyük Britaniyada keçmiş rus ikili agenti Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində şübhəli əli ilə tanınır.

Samir
 

0