İran yaxın mənzilli raketləri Rusiyaya ötürür? - Ekspertdən xəbərdarlıq

DÜNYA
11:58 / 10.09.2024
170

"Çox güman ki, İran Rusiyaya 120 kilometrə qədər uçuş məsafəsi olan "Ababil" və "Fəth-360" raketlərini təhvil verəcək".

HİT.az xəbər verir ki, bunu "Defense Express"in baş redaktoru Oleq Katkov "Radio NV"yə deyib. 

"Bundan əvvəl İran ballistik raketləri hətta Husilərə də təhvil verib və buna görə məsuliyyətə cəlb olunmayıb. Qərbin bu baxımdan tam dişsizliyi İrana Rusiya Federasiyasına silah tədarükünü davam etdirməyə imkan verib. Pilotsuz təyyarələrə görə heç bir reaksiya verilməyib. İndi onlar raketləri ötürür", deyə Katkov qeyd edib. 

Onun sözlərinə görə, İranın Rusiyaya raket ötürməsi ehtimalı 2022-ci ilin oktyabrından müzakirə edilirdi və indi, görünür, baş verib.

Ekspert bildirib ki, əvvəllər İranın uçuş məsafəsi 700 və ya 300 km-dən çox olan "Zülfüqar" və "Fateh-110" raketlərini Rusiyaya təhvil verəcəyi deyilirdi. Onun sözlərinə görə, indi söhbət daha qısa uçuş məsafəsinə malik olan "Ababil" və "Fəth-360" raketlərindən gedir - müvafiq olaraq 90 və 120 km. 

"Söhbət uzaq arxa bölgələri vurmaq üçün lazım olmayan, lakin irəli mövqelərə və arxa cəbhə bölgələrinə və şəhərlərə, xüsusən Xarkov və Zaporojjyaya zərbələr endirən raketlərdən gedir", deyə Katkov vurğulayıb.

O vurğulayıb ki, bu vəziyyətdə Ukraynanın bəzi tərəfdaşlarının məntiqsiz davranışı çox anlaşılmazdır. Onun sözlərinə görə, ABŞ Rusiyanı niyə qoruduğuna dair suallar verməlidir, çünki silah tədarükü varsa, lakin onların Rusiyanın hərbi obyektlərində istifadəsinə qadağa qoyulubsa, bu, qəribə mövqedir. 

Ekspert əlavə edib ki, burada mümkün eskalasiyadan danışmaq yersizdir, çünki bu gün Ukrayna artıq nüvə dövlətinin ərazisində - Kursk vilayətində hərbi əməliyyatlar aparır. 

Samir
 

0