Şolts Rusiyanın ikinci sülh sammitində iştirakı üçün şərt qodu

DÜNYA
21:29 / 10.09.2024
148

Almaniyanın federal kansleri Olaf Şolts Rusiyanı Ukrayna ilə bağlı ikinci sülh sammitində görmək istədiyini, lakin Rusiya Silahlı Qüvvələrinin ölkə ərazisinə zərbələr endirməyə davam edəcəyi təqdirdə bunun çətin olacağını deyib.

HİT.az xəbər verir ki, bu barədə "Tagesschau" yazıb.

O bildirib ki, Ukraynaya hərbi dəstək verməklə yanaşı, vəziyyəti öyrənmək və hərbi münaqişəyə necə son qoymaq lazım olduğunu müəyyənləşdirmək lazımdır. Şolts əmin edib ki, Ukrayna rəhbərliyi kimi o da böhranın həlli üçün Rusiya Federasiyasının nümayəndələrini sammitdə görmək istəyir.

"Əlbəttə, əgər orada oturmalı olan şəxs "mən hücuma davam edirəm" deyirsə, bu baş verməyəcək", deyə Almaniya kansleri qeyd edib.

Onun sözlərinə görə, indiki vəziyyətdə Avropada sülh və təhlükəsizliyə nail olmaq üçün aydınlıq, möhkəmlik və xarakter nümayiş etdirmək lazımdır.

Bundan əvvəl Şolts bildirib ki, indi Ukraynada mümkün qədər tez sülhə necə nail olmağı müzakirə etmək lazımdır. Ona görə də Ukrayna böhranı ilə bağlı növbəti konfransın keçirilməsi zəruridir. Şolts Rusiyanın da konfransda iştirak etməli olduğunu vurğulayıb. O qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski də oxşar mövqedən çıxış edir.

Samir

0