Şolts Rusiyanı danışıqlar masasına dəvət etməyə çağırdı

18:18 / 11.09.2024
134

Almaniya kansleri Olaf Şolts yenidən Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağa və Moskvanı danışıqlar masasına dəvət etməyə dəstək olaraq sülh konfransı keçirməyə çağırıb. 

HİT.az bu barədə DPA-ya istinadə xəbər verir.

"An gəldi, vaxt gəldi ki, biz bütün mümkün variantları araşdırmalıyıq. Bizə növbəti sülh konfransı lazımdır. Rusiya isə danışıqlar masası arxasında əyləşməlidir. Bu, bizim indi həll etməli olduğumuz vəzifədir. Bütün mümkün variantları səsləndirilməlidir", deyə Şolts bildirib.

O qeyd edib ki, Almaniyada keçirilən seçkilər zamanı bir çox insanın Ukraynanı dəstəkləməklə razılaşmadıqları üçün sağ populist partiyalara səs verdiyindən xəbərdardır. Bununla belə, Şolts deyib ki, zəruri olduğu müddətdə Ukraynanı dəstəkləməyi düzgün hesab edir.

Bununla yanaşı, kansler əlavə edib ki, sülhə, diktə edilmiş sülh olmayacaq, Ukrayna təslim olmayacaq, Ukraynanın bütövlüyü və suverenliyinə hörmətlə yanaşan ədalətli sülh əldə etmək imkanını təmin etmək üçün mümkün olan hər şey ediləcək. İşğal olunan ölkəyə davamlı olaraq belə bir sülh axtarılır.

Şoltsun sözlərinə görə, o, bu məsələni yaxşı münasibətdə olduğu Ukrayna prezidenti Volodimir Zelenski ilə müzakirə edib. O, Rusiyanın növbəti sülh konfransında iştirak etməsi ilə razılaşıb. Eyni zamanda, o qeyd edib ki, əgər Rusiya Federasiyası Ukraynaya hücumu davam etdirsə, bu işləməyəcək..

Samir

0