Bukmeker kontorları Harrisin qələbə şansını artırdı

DÜNYA
14:49 / 11.09.2024
143

2024-cü il ABŞ seçkilərinə az qalıb və Respublikaçı, keçmiş prezident Donald Tramp və Demokrat və vitse-prezident Kamala Harris arasındakı ilk televiziya debatlarından sonra bir sıra aparıcı bukmeker kontorlarının fikrincə hazırkı prezident qalib gəlmək şansını artırıb.

HİT.az bu barədə "Newsweek"a istinadən xəbər verir.

"Bet 365", "Sky Bet", "Paddy Power" Harrisin qalib gəlmə əmsalını aşağı salıb. Jurnalistlərin fikrincə, debat başlamazdan əvvəl - çərşənbə axşamı "Paddy Power", "Sky Bet" və "Bet 365"in hesablamalarına görə, demokratın seçki yarışında qalib gəlmək şansı 50% (1/1) olub.

"Lakin çərşənbə günü səhər onun əmsalı "Bet 365"də 4/5 (55,6%), "Sky Bet"də 10/11 (52,4%) və "Paddy Power"da 5/6 (54,5%) artıb", deyə nəşr yazır.

CNN və SSRS debat izləyiciləri arasında sorğu keçirib və bunu aşkar edib: qeydiyyatdan keçmiş seçicilərin 63%-i hesab edir ki, demokrat respublikaçıdan daha yaxşı çıxış edib (respondentlərin 37%-i ona səs verib).

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Kamala Harris və Donald Tramp arasında ilk teledebat sentyabrın 10-da Filadelfiyada, Milli Konstitusiya Mərkəzində baş tutub.

Samir

0