Professor "onlayn həyat"ın təhlükələri barədə xəbərdarlıq etdi

DÜNYA
22:54 / 11.09.2024
147

"Oyunlara, sosial şəbəkələrə qərq olmuş insanlar çox vaxt öz hərəkətlərinin reallığından və ciddiliyindən xəbərsiz olurlar". 

HİT.az xəbər verir ki, bu fikri "RİA Novosti"yə müsahibəsində Sankt-Peterburq Dövlət Universitetinin Koqnitiv Tədqiqatlar İnstitutunun direktoru, Rusiya Təhsil Akademiyasının akademiki Tatyana Çerniqovskaya deyib.

O, dünyanın hər yerindən aparıcı ekspertləri bir araya gətirərək şüurla bağlı iki beynəlxalq forumda iştirak edib. 2023-cü ildə Dalay Lamanın iştirakı ilə Dharamsalada Heyvan Şüuru üzrə ilk konfrans, 2024-cü ildə isə Katmanduda “Qeyri-insan şüurunu, o cümlədən süni intellekti necə öyrənmək və anlamaq olar” mövzusunda genişləndirilmiş konfrans keçirilib. Bu tədbirlərin elmi təşkilatçısı məşhur rus neyrofizioloqu Konstantin Anoxin olub.

Çerniqovskaya qeyd edib ki, bəzi kompüter oyunları təfəkkür və reaksiya inkişaf etdirsə də, zorakılıq xarakterli oyunlara həddindən artıq cəlb olunmaq təhlükəli ola bilər.

Onun sözlərinə görə, virtual aləmdə yaşayanlar real dünyanın necə işlədiyini başa düşmür və onun faciəsini dərk etmirlər. Professor əlavə edib ki, onlar reallıq və hərəkətlərinin nəticələrinin ciddiliyi barədə dərklərini də itirirlər.

Əvvəllər uşaqlar müharibə oyunları oynayan zaman oxşar effektin niyə müşahidə edilmədiyi sualını cavablandıran akademik müasir kompüter oyunlarının əlavə reallıq texnologiyalarından istifadə edərək daha real simulyasiyalar yaratmasını təklif edib.

Neyroloq onu da qeyd edib ki, faktiki olaraq real ünsiyyət və sosiallaşma təcrübəsi olmayan insanlar nəsli yetişib.

Samir
 

0